az | ru | en
Yeniliklər
26.10.2018

26 oktyabr 2018-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universiteti- UNEC və HH Group arasında əməkdaşlıq haqda memorandum imzalanmışdır.  Bu memorandumun məqsədi UNEC və HH Group arasında əməkdaşlığın...

01.08.2018

01 Avqust 2018-ci il tarixdə Zaur Hüseynov Aroqservis MMM-nin aqronomu vəzifəsinə təyin edilmişdir.

Zaur Hüseynov 29 İyul 2018-ci il tarixdə Rusiya Dövlət Aqrar Universiteti- K.A. Timiryazev adına Moskva Kənd...

Son məhsullar
Agilis F1
 
Farhad F1
Ünvan


Bakı ş., Xırdalan-Binəqədi şossesi 34H (DYPİ-nin yanı)
Tel:   +994 12 401 69 61;  +994 12 408 20 57
Mob: +994 50 339 70 16;  +994 50 730 50 72; +994 50 585 59 99 
Faks:+994 12 401 69 61;
E-mail: info@hhgroup.az
Url: www.hhgroup.az

Şirkət haqqında / Haqqında
 

HH Group Azərbaycanda Aqroservis, Pakservis, Aqrolayn, Aqrolink və Aqria məhdud məsuliyyətli cəmiyyətləri ilə təmsil edilir.
Əsas fəaliyyəti:
- Toxumluq və ərzaqlıq kartof və tərəvəz istehsalı
- Avropa ölkələrindən toxum, pestisid (bitki dərmanları), gübrə, kənd təsərrüfatı maşınları və avadanlıqlarının təchizatı
- Çeşidləmə, yuma və qablaşdırma mərkəzlərinin açar təhvili xidməti
- Yeni texnologiyaların nümayişi və fermerlərə texniki dəstək

Aqroservis MMM 2000-ci ildə Hüseyn Hüseynov tərəfindən təsis edilmişdir. Şirkətin beş bölgə nümayəndəliyi Azərbaycanda və bir nümayəndəliyi isə Rusiyada fəaliyyət göstərir. Hər nümayəndəlikdə bir menecer və bir aqronom işləyir.

Şirkət müntəzəm olaraq seminarlar keçirir və öz müştərilərinə texniki dəstək verir.

Şirkət həmçinin özünə məxsus kənd təsərrüfatı maşın və avadanlıqları ilə fermerlərə xidmət göstərir. Müəssisənin taxılyığan kombayn və traktorlar, kartof əkən və yığan, kartof dibi dolduran, soğan əkən və yığan, çuğundur və kök əkən və yığan, dərman çiləyiciləri, gübrəsəpən, və bir sıra digər avadanlıqları vardır.

Müəssisə Hollandiyanın maşın və avadanlıqlar təchizatçısı APH Group, soyuducu anbarların açar təhvili tikintisi ilə məşğul olan GTİ və Omnivent, kartof toxumu təchizatçıları HZPC və Agrico, tərəvəz toxumları istehsalçıları Bejo Zaden, Enza Zaden və Nirit Seeds, pestisid istehsalçıları Du Pont və Arysta firmalarını Azərbaycanda təmsil edir.

Pakservis MMC 2003-cü ildə Aqroservis MMM və Hollandiyanın APH Group şirkəti ilə birgə təsis edilmişdir.
Pakservis MMC əsasən kənd təsərrüfatı məhsullarının tədarükü, ilkin emalı, qablaşdırılması və satışı ilə məşğuldur.
Cəmiyyət yuma, çeşidləmə və qablaşdırma avadanlıqları (xətləri) ilə təchiz edilmişdir və meyvə-tərəvəz saxlamaq üçün 400 tonluq soyuducu anbara malikdir.

Aqrolayn MMC 2007-ci ildə Aqroservis və Gürcüstanın Kartlis Holding şirkəti ilə birgə təsis edilmişdir. Aqrolayn MMC əsasən bitki mühafizəsi vasitələrinin və gübrələrin satışı üzrə ixtisaslaşmışdır. Şirkət Türkiyənin Gürtarım firmasını Azərbaycanda təmsil edir.

Aqrolink-Gəncə MMC 2016-cı ildə Vaqif Hüseynov və Cavid Cəfərov tərəfindən Gəncə şəhərində təsis edilmişdir və əsasən tərəvəz bitkilərinin şitili istehsalı ilə məşğuldur. Şirkət həmçinin qapalı sahədə tərəvəz istehsalı ilə məşğul olan fermerlərə texniki dəstək verir.  

Aqria MMC 2016-cı ildə Amil Quluzadə tərəfindən təsis edilmişdir və kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı bitki mühafizəsi sahəsində fermerlərə texniki dəstək göstərir. Şirkət Rusiyanın Avqust firmasını Azərbaycanda təmsil edir.

 

Copyright © 2011. Aqroservis! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır