Əməkdaşlıq memorandumu

26 oktyabr 2018-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universiteti- UNEC və HH Group arasında əməkdaşlıq haqda memorandum imzalanmışdır. Bu memorandumun məqsədi UNEC və HH Group arasında əməkdaşlığın təkmilləşdirilməsi, tələbələrin tədris-təcrübə praktikaları üçün daha əlverişli və səmərəli şəraitin yaradılması, şirkətin əməkdaşlarının marketinq və menecment üzrə maarifləndirilməsi, birgə səylə yüksək ixtisaslı kadrların hazırlanması və "İnteragro" klubunu təsis edərək aqrar sahədə fəaliyyət göstərən mütəxəssislərin və şirkətlərin elm-təhsil bazasının gücləndirilməsidir.

Sualınız var ? Bizə zəng edin (+99412) 401 69 61