Avalantino

Bitkinin və meyvəsinin xüsusiyyətləri

Davamlılığı: 
HR: ToMV/Ff:A-E/Va:0/Vd:0/Fol:0,1/For

                  IR: On/Si

Bitki tipi: 
Kifayət qədər uzun buğumaraları olan açıq tipli çox yaxşı dözümlülüyə malik bitkidir.

Yarpaq yerləşimi: Üfiqi

Kasacıq: Gözəl qalın yastı kasacıq (Yuxarıdan baxdıqda ulduz formasında parıltı görünür).

Meyvə forması: Salxımda eyni ölçülü yumuru meyvələri olur.

Meyvə ölçüsü: 80- 90 qram  (salxımda 5-6 meyvə saxlanılır)

Bərkliyi: Yaxşı

Rəngi: Gözəl tünd qırmızı

Qabıq keyfiyyəti: Mikro çatlamaya və qızılı ləkəyə dözümlüdür.

Dadı: Çox yaxşı tamı var.


Avalantinonun unikallığı ondadır ki, o kokteyl pomidorlara məxsus dadı, iri salxımlı pomidorlara isə xas olan yüksək məhsuldarlığı özündə birləşdirir.

 


Becərmə qaydaları
Avalantino güclü böyüyən növdür və bu səbəbdən ən yaxşı nəticə generativ böyümə rejimində gözlənilir.



Yay- payız dövründə becərilməsi

Əsas məqsəd yaz-payız dövründə balans yaratmaqdır.

Əkin və bitki sıxlığı
İyul və ya Avqust aylarında nisbətən böyük şitilin əkilməsinə üstünlük verilir (4-5 həftəlik). Bu daha çox generativ inkişafa səbəb olur.
Standart bitki sıxlığı 2,5 bitki/m2 Avalantino üçün də istifadə edilə bilər.

Budama və salxıma dəstək
Erkən əkində (Sentyabrdan əvvəl) 1və 2- ci salxımlarda 7 meyvə, növbəti 5 salxımda 6 meyvə saxlamaq tövsiyyə olunur. Sonrakı əkin zamanı (Sentyabrda) ilk 4 salxımda 6 meyvə saxlamaq məsləhətdir. Başqa bir məqam odur ki, seyrəldilmə normal vaxtdan sonra (ilk 4 salxımın çiçəkləməsi zamanı) başlanmalıdır ki, meyvə tökümü mümkün qədər tez başlasın. Seyrəldilmə zamanı normal sıxlıq saxlanılmalıdır və salxımlara birinci salxımdan başlayaraq dəstək verilməsi (klipslə və ya iplə) vacibdir.

Yarpaq qoparılması
Avalantinonun güclü bitki xüsusiyyətinə malik olması səbəbilə, onda açıq bitki xüsusiyyətini yaratmaq vacibdir. Bu becərmənin birinci mərhələsi üçün xüsusilə vacibdir. Bitkinin vəziyyətindən asılı olaraq, məsləhət görülür ki, yarpaq bükülməsi zamanı bitkinin baş hissəsində olan yarpağın götürülməsinə 3-cü salxım çiçəkləyəndə başlanılsın və oktyabr ayının ortalarından gec olmayaraq dayandırılsın. Diqqət etmək lazımdır ki, bitki qışı keçirmək üçün yetərli qədər güclü olsun. Bu ona çəkiləcək əməyi azaldır, işıq ehtiyacını erkən yaza qədər qarşılayır və nəticədə bitkinin daha generativ böyüməsinə təminat verir.

Gübrələmə
Substratı EC standartından bir az yüksək normada doldurmaq lazımdır.
Günəşli gündə bir damcı EC 2,8 və buludlu gündə EC 3,2 normada saxlanmalıdır.
Becərmənin başlanğıcında generativ inkişafı təmin etmənin yaxşı yolu azotun (NO3) aşağı səviyyədə istifadə edilməsidir. Məsləhət azot səviyyəsini gübrələmə sxemində olan 25-30 mmol/l əvəzinə15 ilə 18 mmol/l ( norma bir damcı EC 3.0 üçün hesablanmışdır) arasında suvarma suyu ilə istifadə etməkdir.
Azotun aşağı normasını yüksək xlorin(CL) və yüksək sulfat (SO4) səviyyəsi ilə kompensasiya etmək tövsiyyə edilir. Bunu Kalium nitratın bir hissəsinin Kalium xloridlə əvəz olunması ilə təmin etmək olar. Azotun substratda 15 mmol/l səviyyəsi (norma 3 EC konsentrasiyasına uyğunlaşdırılmışdır). Bitkinin inkişafına və məhsuldarlığına neqativ təsir göstərmir.
Azotun15 mmol/l normasından aşağı normada istifadə edilməsi tövsiyyə olunmur.

Temperatur
Bir çox hallarda yay və payız dövründə yüksək atmosfer temperaturuna görə istixananın içində temperature nəzarətdə saxlamaq imkanı məhdudlaşır. Aktiv ventilyasiya vasitəsilə yüksək rütubətin qarşısını almaq vacibdir ( xüsusilə də gün batandan sonra ilk bir saat). Yüksək rütubət artıq buğum uzunluğuna və uzun, nazik salxım saplaqlarının olmasına səbəb olur. İstixanalarda temperatur və işıq intensivliyini azaltmaq üçün yaxşı vasitə məhsul becərilməsinin ilk aylarında şüşələrin təbaşirlə ağartmaqdır. Təbaşir şitil nəql edilmədən öncə tətbiq edilməlidir və sentyabr ayının sonuna qədər təmizlənilməlidir.


Qış dövründə becərilməsi

Bitki sıxlığı
Yanvarın ortasından işıqlanma səviyyəsi artıdığına görə bitki sıxlığı 3,5 bitki/m2-a qədər artırıla bilər.

Budama və salxıma dəstək
Noyabrın ortasından dekabrın axırına qədər bir salxımda 5 meyvə formalaşdırmağa başlayın. Bu işıqlanmanın ən zəif dövrüdür və şübhəsiz ki, bir m2 sahədə meyvə sayı azaldılmalıdır. Həmçinin salxıma dəstək də bütün qış dövründə verilməlidir.

Yarpaq qoparılması
Standart yarpaq sayı saxlanıla bilər (16-18 yarpaq).

Gübrələmə
Günəşli günlərdə bir damcı 3.0 EC buludlu günlərdə isə bir damcı 3.3 EC norması istifadə olunması məsləhət görülür. EC substratda 5 və 7 arasında olmalıdır. Bir qədər çox generativ böyümə üçün nitrat səviyyəsinin 25-30 mmol/l (norma 3 EC konsentrasiyasına uyğunlaşdırılmışdır) artırılması oktyabr ayının sonuna qədər tövsiyə olunur.

Temperatur
Aşağıda günəşli və buludlu günlər üçün tövsiyə olunan temperatur normaları qeyd olunmuşdur.

Buludlu gün:
Səhər: 17.5-18°C, gün çıxana qədər temperatur bu səviyyəyə çatdırılmalıdır.
Günorta: 18-19°C
Gecə: 15°C (gecə temperaturuna gün batmamışdan 2 saat öncə keçilməlidir).

Günəşli gün:
Səhər: 18°C, gün çıxana qədər temperatur bu səviyyəyə çatdırılmalıdır.
Günorta: 20°C, saat 13:00-15:00 arası maksimum temperatur 23°C qədər
Gecə: 15°C (gecə temperaturuna gün batandan yarım saat əvvəl keçilməlidir).

Vegetativ inkişafı balansda saxlamağın ən asan yolu günorta temperaturunu (işıq artımı olmadan) uzun bir dövr üçün (gün batandan yarım saat sonra) saxlamaqdır. Bu günəşli günlərdə mümkündür.

Vacib məqam odur ki, yüksək rütubətin qarşısını almaq üçün aktiv iqlim yaradılmalıdır. İstixanalarda olan yüksək rütubət salxımların bükülməsi riski yaradır, bu da salxımın ölçüsünü və məhsuldarlığını azaldır. Aktiv iqlim yaratmanın əsas vasitəsi budur :

- Bitkini aktivləşdirmək üçün kifayət qədər yüksək boru temperaturundan (günəş çıxandan sonra 3 və ya 4 saata qədər) istifadə edin.

- Kifayət qədər ventilyasiya etmək lazımdır. Bunu aktivləşdirməyin asan yolu qızdırıcı və ventilyasiya arasında kiçik temperatur fərqinin olmasıdır. ( 0.2-0.5 dərəcə fərqi). Ventilyasiyadan istifadə edərkən çöldə olan aşağı temperaturu nəzərə alaraq ehtiyatlı olun.


Yaz dövründə becərilməsi

Bitki sıxlığı:
Məhsul çıxımının sonuna qədər hər m2-ə düşən gövdə sayı 3.5 gövdə/m2 qalır.

Budama
Yanvar ayından başlayaraq məhsul çıxımına qədər 6 meyvədən ibarət salxım formalaşdırıla bilər.

Yarpaq qoparılması
Standart yarpaq sayı saxlanıla bilər (16-20 yarpaq).

Gübrələmə
Məsləhətə uyğun olaraq EC- in aşağı salınması bitkinin becərilməsinin sonuna qədər kifayət qədər güclü olmasına əminlik yaradır. Bir damcı 2.8 EC günəşli günlərdə bir damcı 3.0 EC isə buludlu günlərdə tövsiyyə olunur. Substratda EC 4 və 4.5 arasında olmalıdır.

Temperatur
Qış dövrünə aid olan oxşar temperatur strategiyası saxlanılır. İşıqlanma səviyyəsinin artırılması 24 saatlıq orta temperatur istifadəsinə səbəb olacaqdır.

Do you have a question? Call us please (+99412) 401 69 61