Tugba

Bitkinin və meyvəsinin xüsusiyyətləri

Davamlılığı: HRToMV/Ff:A-E/Va:0/Vd:0/Fol:0,1/For

Bitki uzunluğu: Normal

Gücü: Güclü balanslaşdırılmış

Bitki: Yarım açıq

Yarpaq yerləşimi: Az sallanmış

Salxım inkişafı: Sürətli

Kasacıq: Qalın kasacıq

Yaşıl hissələr: Qalın yaşıl hissələr

Meyvəsinin forması: Yastı yumuru

Meyvəsinin ölçüsü: 100-110 grams

Bərkliyi: Yaxşı

Rəngi: Gözəl qırmızı rəng

Kommersiya təcrübəsi
2012-2013-cü il sezonundan etibarən Tugba normal artan kommersiya şəraitinə malik Şimali Avropa və Aralıq dənizinin şərq sahələrində sınaqdan keçirilmişdir. Tugbanın ən unikal xüsusiyyətlərindən biri onun yüksək məhsuldarlığı və meyvə keyfiyyətini özündə birləşdirməsidir. Meyvəsinin ölçüsü 100-110 qram arasında dəyişir, meyvənin forması yastı yumuru, gözəl qırmızı rəngli, qalın kasacıqlı, mükəmməl saxlanma müddətinə malikdir.

Becərilmə qaydası

Tugba balanslaşdırılmış bir növdür və nəticədə onun açıq generativ becərmə rejimə ehtiyacı yoxdur.


Yay-Payız dövründə becərilməsi

Əkin və bitki sıxlığı
İyul və ya Avqust aylarında nisbətən yaşlı şitilin əkilməsinə üstünlük verilir (4-5 həftəlik). Bu daha çox generativ başlanğıc verir. Standart bitki sıxlığı 2,5 bitki/m2 Tugba üçün də istifadə edilə bilər.

Budama və salxıma dəstək
Erkən əkində (Sentyabrdan əvvəl) ilk 7 salxımda 6 meyvə saxlamaq tövsiyyə olunur. Sonrakı əkin zamanı (Sentyabrda) ilk 4 salxımda 6 meyvə saxlamaq məsləhətdir.

Yanvar ayının ortalarından birinci salxımdan başlayaraq dəstək verilməsinə (klipslə və ya iplə) ehtiyac duyulur.

Yarpaq qoparılması
Standart yarpaq sayı Tugbada da saxlanılır. Məhsul becərilməsinə başlarkən baş hissədə olan yarpağın götürülməsi vacib deyil.

Gübrələmə
Substratı EC standartından bir az artıq doldurmaq olar.

Günəşli gündə bir damcı EC 2,5 və buludlu gündə EC 2,8 normada saxlanmalıdır.

Tugba üçün gübrələmə sxeminin heç bir uyğunlaşmaya ehtiyacı yoxdur.

Temperatur
Bir çox hallarda yay fəslində normadan artıq olan yüksək temperatur və payız dövrü buna səbəb verir ki, yalnız istixanalarda olan limit temperatur nəzarətdə saxlanılsın. Yüksək rütubətin qarşısını almaq vacibdir ( xüsusilə də gün batandan sonra ilk bir saat), aktiv ventilyasiya vasitəsilə. Yüksək rütubət artıq buğum uzunluğuna və uzun, nazik salxım saplaqlarının olmasına səbəb olur.

İstixanalarda temperatur və işıq intensivliyini azaltmaq üçün yaxşı vasitə məhsul becərilməsinin ilk aylarında pəncərələri təbaşirlə ağartmaqdır. Təbaşir nəql edilmədən öncə tətbiq edilməlidir və sentyabr ayının sonuna qədər təmizlənilməlidir


Qış dövründə becərilməsi

Bitki sıxlığı
Yanvarın ortasından işıqlanma səviyyəsi artıdığına görə bitki sıxlığı 3,7 bitki/m2-a qədər artırıla bilər.

Budama və iplə dəstək
Noyabrın ortasından Dekabrın axırına qədər bir salxımda 5 meyvə formalaşdırmağa başlayın. Bu işıqlanmanın ən zəif dövrüdür və şübhəsiz ki, bir m2 sahədə meyvə sayı azaldılmalıdır. Həmçinin salxıma dəstək ….Qış dövründə də verilməlidir.

Yarpaq qoparılması
Standart yarpaq sayı saxlanıla bilər. (16-18 yarpaq)

The standard amount of leaves can be kept (ca.16-18 leaves)

Gübrələmə
Günəşli günlərdə bir damcı 3.1 EC buludlu günlərdə isə bir damcı 3.3 EC normasının istifadə olunması məsləhət görülür.EC substratı 5 və 6 arasında olmalıdır.

Temperatur
Tugba üçün standart temperatur strategiyası qış vaxtı üçün aşağıda qeyd olunmuşdur. Unutmayın ki,temperatur strategiyası həmişə hava şəraitindən, istixana mühitindən və bitkinin şəraitindən asılıdır.

Buludlu gün:
Səhər: 17- 17.5°C gün çıxana qədər temperatur bu səviyyəyə çatdırılmalıdır.
Günorta: 18-19°C
Gecə: 15°C (gecə temperaturuna gün batımından 2 saat öncə keçilməlidir)

Günəşli gün:
Səhər: 17.5-18°C, gün çıxana qədər temperatur bu səviyyəyə çatdırılmalıdır
Günorta: 20°C, Saat 13:00-15:00 arası maksimum temperatur 23°C qədər artırılmalıdır.
Gecə: 15°C (gecə temperaturuna gün batımından 1 saat öncə keçilməlidir)


Yaz dövründə becərilməsi

Bitki sıxlığı
Məhsul çıxımının sonuna qədər hər m2-ə düşən gövdə sayı 3.7 gövdə/m2 qalır.

Budama
Yanvar ayından başlayaraq becərmənin sonuna qədər 6 meyvədən ibarət salxımlar formalaşdırıla bilər.

Yarpaq qoparılması
Standart yarpaq sayı saxlanıla bilər (16-20 yarpaq)

Gübrələmə
Məsləhətə uyğun olaraq EC aşağı salınması bitkinin məhsulun becərilməsinin sonuna qədər kifayət qədər güclü olmasına əminlik yaradır. Bir damcı 2.5 EC günəşli günlərin bir damcı 3.0 EC isə buludlu günlərin tövsiyyəsidir. EC 4 və 4.0 arasında üstünə vurulmalıdır.

Temperatur
Qış dövrünə aid olan oxşar temperatur strategiyası saxlanılır. Artan işıq səviyyəsi 24 saat yüksək orta temperaturun qeyd nöqtələrini gerçəkləşməsinə səbəb olacaqdır.

Do you have a question? Call us please (+99412) 401 69 61