Номер телефона
(+99412) 401 69 61
Электронная почта
[email protected]

Bitkinin və meyvəsinin xüsusiyyətləri

Davamlılığı:  HR: ToMV/Va:0Vd:0/Fol:0,1/For
                  IR: On/Si

Bitki uzunluğu: Normal

Gücü: Güclü

Bitki tipi: Yarım açıq

Yarpaq yerləşimi: Az sallanmış

Salxım inkişafı: Normal

Kasacıq: Qalın kasacıq

Yaşıl hissələr: Qalın yaşıl hissələr

Meyvəsinin forması: Yastı yumuru

Meyvəsinin ölçüsü: 120-140 qram (bir salxımda 5 ya da 6 meyvə)

Rəngi: Gözəl qırmızı rəng

Kommersiya təcrübəsi
Diamantinonun ən unikal xüsusiyyətlərindən biri onun yüksək məhsuldarlığı və meyvə keyfiyyətini özündə birləşdirməsidir. Meyvəsinin ölçüsü 120-140 qram arasında dəyişir, meyvənin forması yastı yumuru, parlaq qırmızı rəngli, qalın kasacıqlı, mükəmməl saxlanma müddətinə malikdir.


Becərmə təlimatı


Yay- payız dövründə becərilməsi

Əsas məqsəd yaz-payız dövründə balans yaratmaqdır.

Əkin və bitki sıxlığı
İyul və ya Avqust aylarında nisbətən yaşlı şitilin əkilməsinə üstünlük verilir (4-5 həftəlik). Bu daha çox generativ inkişafa səbəb olur. Standart bitki sıxlığı 2,5 bitki/m2 Diamantino üçün də istifadə edilə bilər.

Budama və salxıma dəstək
Erkən əkində (Sentyabrdan əvvəl) 1və 2- ci salxımlarda 7 meyvə, növbəti 5 salxımda 6 meyvə saxlamaq tövsiyyə olunur. Sonrakı əkin zamanı (Sentyabrda) ilk 4 salxımda 6 meyvə saxlamaq məsləhətdir. Başqa bir məqam odur ki, seyrəldilmə normal vaxtdan sonra (ilk 4 salxımın çiçəkləməsi zamanı) başlanmalıdır ki, meyvə tökümü mümkün qədər tez başlasın. Seyrəldilmə zamanı normal sıxlıq saxlanılmalıdır və salxımlara birinci salxımdan başlayaraq dəstək verilməsi (klipslə və ya iplə) vacibdir.

Yarpaq qoparılması
Diamantinonun güclü bitki xüsusiyyətinə malik olması səbəbilə, onda açıq bitki xüsusiyyətini yaratmaq vacibdir. Bu becərmənin birinci mərhələsi üçün xüsusi haldır. Bitkinin vəziyyətindən asılı olaraq, məsləhət görülür ki, yarpaq bükülməsi zamanı bitkinin baş hissəsində olan yarpağın götürülməsinə 3-cü salxım çiçəkləyəndə başlanılsın və oktyabr ayının ortalarından gec olmayaraq dayandırılsın. Diqqət etmək lazımdır ki, bitki qışı keçirmək üçün yetərli qədər güclü olsun. Bu ona çəkiləcək əməyi azaldır, işıq ehtiyacını erkən yaza qədər qarşılayır və nəticədə bitkinin daha generativ böyüməsinə təminat verir.

Gübrələmə
Substratı EC standartından bir az yüksək normada doldurmaq lazımdır.
Günəşli gündə bir damcı EC 2,8 və buludlu gündə EC 3,2 normada saxlanmalıdır.
Becərmənin başlanğıcında generativ inkişafı təmin etmənin yaxşı yolu azotun (NO3) aşağı səviyyədə istifadə edilməsidir. Məsləhət azot səviyyəsini gübrələmə sxemində olan 25-30 mmol/l əvəzinə15 ilə 18 mmol/l ( norma bir damcı EC 3.0 üçün hesablanmışdır) arasında suvarma suyu ilə istifadə etməkdir.

Azotun aşağı normasını yüksək xlorin(CL) və yüksək sulfat (SO4) səviyyəsi ilə kompensasiya etmək tövsiyyə edilir. Bunu Kalium nitratın bir hissəsinin Kalium xloridlə əvəz olunması ilə təmin etmək olar. Azotun substratda 15 mmol/l səviyyəsi ( norma 3 EC konsentrasiyasına uyğunlaşdırılmışdır). Bitkinin inkişafına və məhsuldarlığına neqativ təsir göstərmir. Azotun15 mmol/l normasından aşağı normada istifadə edilməsi tövsiyyə olunmur.

Temperatur
Bir çox hallarda yay fəslində normadan artıq olan yüksək temperatur və payız dövrü buna səbəb verir ki, yalnız istixanalarda olan limit temperatur nəzarətdə saxlanılsın. Yüksək rütubətin qarşısını almaq vacibdir ( xüsusilə də gün batandan sonra ilk bir saat), aktiv ventilyasiya vasitəsilə. Yüksək rütubət artıq buğum uzunluğuna və uzun, nazik salxım saplaqlarının olmasına səbəb olur.

İstixanalarda temperatur və işıq intensivliyini azaltmaq üçün yaxşı vasitə məhsul becərilməsinin ilk aylarında pəncərələri təbaşirlə ağartmaqdır. Təbaşir nəql edilmədən öncə tətbiq edilməlidir və sentyabr ayının sonuna qədər təmizlənilməlidir


Qış dövründə becərilməsi

Bitki sıxlığı
Yanvarın ortasından işıqlanma səviyyəsi artıdığına görə bitki sıxlığı 3,7 bitki/m2-a qədər artırıla bilər.

Budama və salxıma dəstək
Noyabrın ortasından dekabrın axırına qədər bir salxımda 5 meyvə formalaşdırmağa başlayın. Bu işıqlanmanın ən zəif dövrüdür və şübhəsiz ki, bir m2 sahədə meyvə sayı azaldılmalıdır. Dekabrda çox qaranlıq günlərdə bir salxımda 4 meyvə formalaşdırmaq tövsiyyə olunur. Həmçinin salxıma dəstək də bütün qış dövründə verilməlidir.

Yarpaq qoparılması
Standart yarpaq sayı saxlanıla bilər (16-18 yarpaq).

Gübrələmə
Günəşli günlərdə bir damcı 3.3 EC buludlu günlərdə isə bir damcı 3.5 EC normasının istifadə olunması məsləhət görülür. EC substratı 5 və 7 arasında olmalıdır. Bir qədər çox generativ böyümə üçün nitrat səviyyəsinin 25-30 mmol/l (norma 3 EC konsentrasiyasına uyğunlaşdırılmışdır) artırılması oktyabr ayının sonuna qədər tövsiyə olunur.

Temperatur
Diamantino üçün standart temperatur strategiyası qış vaxtı üçün aşağıda qeyd olunmuşdur. Unutmayın ki,temperatur strategiyası həmişə hava şəraitindən, istixana mühitindən və bitkinin şəraitindən asılıdır.

Buludlu Gün
Səhər: 17.5-18°C, gün çıxana qədər temperatur bu səviyyəyə çatdırılmalıdır.
Günorta: 18-19°C
Gecə: 15°C, (gecə temperaturuna gün batımından 2 saat öncə keçilməlidir)

Günəşli gün:
Səhər: 18°C, gün çıxana qədər temperatur bu səviyyəyə çatdırılmalıdır
Günorta: 20°C, Saat 13:00-15:00 arası maksimum temperatur 24°C qədər artırılmalıdır.
Gecə: 15°C (gecə temperaturuna gün batımından 1 saat öncə keçilməlidir)

Vegetativ məhsulu balansda saxlamağın ən asan yolu günorta temperaturunu (işıq artımı olmadan) uzun bir dövr üçün (gün batandan yarım saat sonra) saxlamaqdır. Bu günəşli günlərdə mümkündür.

Vacib məqam odur ki, yüksək rütubətin qarşısını almaq üçün aktiv iqlim yaradılmalıdır. İstixanalarda olan yüksək rütubət salxımların bükülməsi riski yaradır, bu da salxımın ölçüsünü və məhsuldarlığını azaldır. Aktiv iqlim yaratmanın əsas vasitəsi budur :

- Kifayət qədər yüksək boru temperaturu istifadə edin. Bitkini aktivləşdirmək üçün kifayət qədər yüksək boru temperaturundan (günəş çıxandan sonra 3 və ya 4 saata qədər).

- Kifayət qədər ventilyasiya etmək lazımdır. Bunu aktivləşdirməyin asan yolu qızdırıcı və ventilyasiya arasında kiçik temperatur fərqinin olmasıdır. ( 0.2-0.5 dərəcə fərqi). Ventilyasiyadan istifadə edərkən çöldə olan aşağı temperatur nəzərə alaraq ehtiyatlı olun.


Yaz dövrü becərilməsi

Bitki sıxlığı
Məhsul yığımının sonuna qədər hər m2-ə düşən gövdə sayı 3.7 gövdə/m2 qalır.

Budama
Yanvar ayından başlayaraq məhsul çıxımına qədər 6 meyvədən ibarət salxım formalaşdırıla bilər.

Yarpaq qoparılması
Standart yarpaq sayı saxlanıla bilər (16-20 yarpaq).

Gübrələmə
Məsləhətə uyğun olaraq EC aşağı salınması bitkinin məhsulun becərilməsinin sonuna qədər kifayət qədər güclü olmasına əminlik yaradır. Bir damcı 2.8 EC günəşli günlərin bir damcı 3.0 EC isə buludlu günlərin tövsiyyəsidir. EC 4 və 4.5 arasında üstünə vurulmalıdır.

Temperatur
Qış dövrünə aid olan oxşar temperatur strategiyası saxlanılır. Artan işıq səviyyəsi 24 saat yüksək orta temperaturun qeyd nöqtələrini gerçəkləşməsinə səbəb olacaqdır.

У вас есть вопрос? Звоните нам (+99412) 401 69 61