News

Elmi-praktiki seminar

16 mart 2019-cu il tarixdə Azərbaycan Aqronomlar İttifaqının və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatı dəstəyi və  "HH Group"-un maliyyə dəstəyi ilə "İxrac bazarlarında kənd təsərrüfatı məhsullarının keyfiyyəti əsas rəqabətlilik amili kimi" mövzusunda elmi-praktiki seminar keçirilmişdir. Seminarda AQTA, Kənd Təsərrüfatı Nazirliyi, ADAU, Elmi Tədqiqat İnstitutları və  özəl şirkətlərin mütəxəssislərindən ibarət 108 nəfər iştirak etmişdir.

Seminarda K.A. Timiryazev adına RDAU-MKTA-nın professoru Evgeniy İvanoviç Koşkinin "Pestisidlərin və gübrələrin rasional istifadəsi yolu ilə bitkinin və torpağın aqrokimyəvi yükünün azaldılması", FETM-nin əməkdaşı, Kənd təsərrüfatı elmləri doktoru Fərhad Bahadır oğlu Musayevin "Tərəvəz toxumlarının keyfiyyət göstəriciləri" və  "HH Group"-un Avropa nümayəndəsi, Delphy şirkətinin əməkdaşı, Beynəlxalq lahiyələr üzrə baş menecer Mink Vermeerin "Avropa bazarları üçün keyfiyyətli bitkiçilik məhsulları" adlı  məruzələri dinlənilmişdir.  İspaniyanın Fitosemilas şirkətinin region meneceri Muharrem Özkayahan  firmanın, Azərbaycan  Aqronomlar İttifaqının (AAİ) idarə heyətinin üzvü Əhməd Əliyev isə AAİ-nin təqdimatını etdilər.   

AQTA-nın Fitosanitar şöbəsinin müdiri Xəyalə Dadaşova, ADAU-nun dosenti Ramiz Əsgərov, BM və TBETİ-nin şöbə müdiri b.e.d. Cəbrail Ağayev və digər iştirakçılar mövzular üzrə fəal iştirak edərək seminarın interaktiv keçməsinə səbəb oldular.  

 

E.İ.Koşkin Prezentasiya

Do you have a question? Call us please (+99412) 401 69 61